Ciphertext-only attack

Yalnız şifrlənmiş mətnlə hücum – kriptoanalitikin əlində yalnız şifrlənmiş mətnin olduğu analitik hücum.
Ciphertext
Ciphony
OBASTAN VİKİ
DoS-attack
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
Only Teardrops
Only Teardrops — (Azərbaycanca: Yalnız Gözyaşları) Danimarkanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
İstanbul Attack
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Attack on Titan
Attack on Titan (azərb. Nəhəngə hücum‎) və ya Yaponiyada tanınan adı ilə Shingeki no Kyojin (進撃の巨人, azərb. Hücum edən nəhəng‎) — Hacime İsayama tərəfindən yaradılmış manqa seriyası. Manqa seriyası 9 sentyabr 2009-cu ildə Kodansha nəşriyyatının "Bessatsu Shōnen Magazine" jurnalında nəşr olunmağa başlamışdır. 2018-ci ilin avqust ayına qədər seriyanın 26 tankobon cildi buraxılmışdır. Manqa seriyası insanların "nəhənglər" adlandırdığı böyük, uzun humanoidlərdən qorunmaq üçün böyük divarlarla örtülü şəhərlərdə yaşadığı alternativ bir kainatda cərəyan edir. Nəhənglərin ölçüləri cürbəcür olur və onlar insanlarla qidalanır. Manqanın süjeti şəhərləri nəhənglər tərəfindən məhv ediləndən sonra orduya qoşulan Eren Yeqa və onun uşaqlıq dostları olan Mikasa Akkaman və Armin Arlertin həyatlarını əhatə edir. Bu hücum zamanı nəhənglərdən biri Erenin anasını yeyir, Eren isə nəhənglərin hamısını öldürərək intiqam alacağına söz verir. Hekayə davam etdikcə və nəhənglər haqqında olan gerçəklər oxucuya açıqlandıqca manqanın süjeti Historiya Reys, dəstə rəhbəri Levi, Erenin atası Qrişa və digər köməkçi personajları əhatə edir.
Heart Attack (dəqiqləşdirmə)
Heart Attack — One Directionun mahnısı. Heart Attack (Demi Lovato) — Demi Lovatonun mahnısı.
Only Love Survives
Only Love Survives — (Azərbaycanca: Yalnız Sevgi Xilas Edir) İrlandiyanın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
I Was Only Nineteen
"I Was Only Nineteen", "Only Nineteen" və ya A Walk in the Light Green – Avstraliya folk qrupu Redgumun ən məşhur mahnısı.
Attack on Titan: No Regrets
Attack on Titan: No Regrets (yap. 進撃の巨人 悔いなき選択) eyni adlı vizual roman əsasında Gun Snark tərəfindən yazılmış və Hikaru Suruqa tərəfindən illüstrasiya edilmiş Yapon manqa seriyasıdır. Serial Hajime İsayamanın məşhur Attack on Titan (進撃の巨人, Shingeki no Kyojin) manqası əsasında yazılmışdır. Hekayədə Levi Akkaman-ın Kəşfiyyat Birliyinə qoşulmazdan əvvəl başına gələnlərdən danışılır. Serial Yaponiyada "Kodansha" və ABŞ-də "Kodansha Comics" tərəfindən nəşr olunur. İki hissəli OVA 2014 və 2015-ci illərdə buraxıldı. Hekayə Attack on Titan əsasında yazılmışdır və Levinin yeraltı şəhərdə cinayətkar olduğu günlərdə, Ervin Smit-in onu Kəşfiyyat Birliyinə işə götürməzdən əvvəl iki ən yaxşı dostu İzabel Maqnoliya və Farlan Çurç ilə birlikdə olduğu zamanları izləyir. Suruqa manqaya başlamazdan əvvəl onun baş redaktoru hekayənin əvvəlində Levinin və başqalarının yaşadığı Yeraltını daha yaxşı təsəvvür edə bilməsi üçün Metropolitan Ərazisinin Xarici Yeraltı Boşaltma Kanalına baş çəkməyi təklif etdi. Elə orada olarkən Suruqa ilk dəfə 18 metr hündürlüyündə Titanın nə qədər böyük olacağını təsəvvür edə bildi. Suruqa Levini çəkərkən onu Titana Hücumda olduğundan daha gənc göstərməyə çalışdı.
Attack on Titan personajlarının siyahısı
Attack on Titan manqası və anime seriyası Hacime İsayamanın yaratdığı geniş bədii personajlardan ibarətdir. Hekayə bəşəriyyətin nəhəng divarlarla əhatə olunmuş şəhərlərdə yaşadığı bir dünyada qurulur; insanların onları səbəbsiz yeyən nəhəng humanoid titanlara qarşı müdafiəsindən bəhs olunur. Hekayədə ilkin olaraq Eren Yeqa öz uşaqlıq dostları Mikasa Akkaman (ing. Mikasa Ackerman) və Armin Arlerto (ing. Armin Arlert) ilə birlikdə şəhərləri işğal edildikdən və Erenin anası titan tərəfindən yeyildikdən sonra titanlara qarşı döyüşmək üçün orduya qoşulur. Onlar 104-cü Təlim Korpusunun bir hissəsidir, məzunları Qarnizon Alayı (ing. Stationary Guard), Kəşfiyyat Birliyi (ing. Survey Corps) və Hərbi Polis Briqadası (ing. Military Police) da daxil olmaqla hərbi hissədə müxtəlif vəzifələr tuturlar. Sonradan məlum olur ki, divarların yerləşdiyi ərazi Paradis (パラディ, Paradi) adlanır və bura Eldiyanın (エルディア,Erudia) sonuncu ərazisidir.
You are the Only One
You are the Only One (azərb. Sən yeganəsən‎) — Rusiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Sergey Lazarev "You are the Only One" mahnısı ilə Rusiyanı İsveçin Stokholm şəhərində keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnının sözləri Filipp Kirkorov və Dimitris Kantopulos, musiqisi isə Con Ballard və Ralf Çarli tərəfindən yazılmışdır. Mahnının eyni zamanda rus dilində səslənən versiyası ("Pust ves mir podozhdyot") da mövcüddür.
Good Guys Only Win In Movies
Good Guys Only Win in Movies (azərb. Yaxşı Oğlanlar Yalnız Filmlərdə Qalib Gəlir‎) – C. C. Catch tərəfindən 1989-ci ildə ifa edilmiş mahnıdır. Mahnının sözlərinin bəziləri "Ulduz yolu: Orijinal serial"ın epizodlarındakı cümlələrdən ibarətdir: "...Computerized half-breed", "My mother was a teacher", "I was happy": "Cənnətin bu tərəfi" filmindən (ing. This Side of Paradise) "Including the captain": "Dönüş Bədəməli" filmindən (ing. Turnabout Intruder) "Ahead warp factor one, Mister Sulu": "Sahil Məzuniyyəti" filmindən (ing. Shore Leave) "I read no evidence of malfunction": "Edenə yol" filmindən (ing.
I’m Not the Only One
“I’m Not the Only One” (azərb. Mən tək deyiləm‎) — Britaniyalı müğənni və mahnı müəllifi Sem Smitin 2014-cü ildə çıxan “In the Lonely Hour” adlı debüt studiya albomundan olan dördüncü sinql. Mahnı Sem Smit və Ceyms Naper tərəfindən yazılmışdır. Sinql, 2 iyul 2014-cü ildə ABŞ-də, 31 avqust 2014-cü ildə isə Böyük Britaniyada çıxıb. Sentyabrın 9-da sinqlın reper A$AP Rocky-nin iştirakı ilə yazılmış remiks versiyası çıxıb. "I’m Not the Only One" Birləşmiş Krallıqda “UK Singles Chart” hit-paradında üçüncü yerə kimi, ABŞ-nin “Billboard Hot 100” hit-paradında isə yeddinci yerə kimi yüksələ bilmişdir. “I’m Not the Only One” klipinin rejissoru Lyuk Monahan olub. Klipin premyerası 1 avqust 2014-cü ildə YouTube-da keçirilmişdir. Klipdə “Xor” serialı və “Mən dördüncüyəm” filmi sayəsində məşhur olan aktrisa Dianna Aqron və “Mindi layihəsi” serialından olan aktyor Kris Messina çəkilib.
The 7-Inch Decade Remix (only in Spain)
The 7-Inch Decade Remix (only in Spain) – C. C. Catch tərəfindən 1990-cı ildə ifa edilmiş mahnıdır.
Why'd You Only Call Me When You're High?
"Why'd You Only Call Me When You're High?" – ingilis indi-rok qrupu Arctic Monkeys-in mahnısı. 11 avqust 2013-cü ildə beşinci studiya albomu olan AM-dən üçüncü sinql olaraq buraxıldı. Mahnı qrupun ifaçısı Aleks Törner tərəfindən yazıldı, prodüserliyini isə Ceyms Ford etdi. 30 avqust 2013-cü ildə sinqlin B tərəfinin "Stop the World I Wanna Get Off with You" adlı audio treki Arctic Monkeys-in rəsmi YouTube kanalında yayımlandı. Nabil Elderkin tərəfindən çəkilən mahnı klipi 2013-cü ilin iyulunda yayımlandı. Qrup mahnını müxtəlif məkanlarda və həmçinin AM Tour -da dəfələrlə ifa edib.